“Nilay” “O Ses Yılbaşı”na qatılacaq

nilay-o-ses-yilbasina-qatilacaq
Oxunma sayı: 640

Türkiyənin məşhur “Kızılcık şerbeti” serialının “Nilay”ı Feyza Civelek “O Ses Yılbaşı” proqramında iştirak edəcək.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Feyzanın yarışma üçün xüsusi hazırlaşdığı, hətta özəl dərslər aldığı bildirilir.

Məlumata görə, müsabiqənin məşqlərinə dekabrın 18-də start veriləcək, dekabrın 23-də isə çəkilişlərin aparılması planlaşdırılır.