Niyazi Bayramov sakinlərlə görüşdü - Fotolar

niyazi-bayramov-sakinlerle-gorusdu
Oxunma sayı: 339

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov M.Füzuli adına 22 nömrəli tam orta məktəbdə növbəti səyyar qəbul keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Vətəndaşların müraciətlərini dinləyən Niyazi Bayramov işlə təminat, maddi yardımın göstərilməsi, ara küçələrin asfaltlanması və digər sosial məsələlərlə bağlı qaldırılan problemlərə münasibət bildirib.Şəhər rəhbəri səsləndirilən müraciətlərin operativ həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.

Qeyd edək ki, ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcək.