NK-dan XİN-in Naxçıvandakı idarəsi ilə bağlı - Qərar

nk-dan-xin-in-naxcivandaki-idaresi-ile-bagli
Oxunma sayı: 2204

“Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Naxçıvan Muxtar Respublikasındakı İdarəsi” sözləri çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti bu qərarla “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 may tarixli 383 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin edib.