Hazırda Türkiyədə tanınmış professor İlber Ortaylı ilə vida mərasimi keçirilir.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 78 yaşlı professorla vida mərasimi onun illərdir çalışdığı Qalatasaray Universitetində keçirilir.
Mərhum tarixçi ilə vidalaşmağa gələnlər arasında CHP sədri Özgür Özel, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş, həmçinin, onun dostu, geoloq Celal Şengör də var.
Məlumat üçün bildirək ki, ötən gün Ortaylının rəsmi sosial şəbəkə hesabında vida mərasimi ilə bağlı paylaşılan məlumatda bildirilmişdi: “Fatih Camii qəbiristanlığında davam edən bərpa işləri səbəbindən qəbiristanlıq ərazisinə yalnız ailə üzvləri və vəzifəli şəxslər buraxılacaq. İlber hocanın sevənlərindən bu məsələyə anlayış və həssaslıqla yanaşmaları xahiş olunur”.
Qeyd edək ki, İ.Ortaylı Fatih məscidində cənazə namazı qılındıqdan sonra həmin məscidin qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, İlber Ortaylı martın 13-ü müalicə aldığı xəstəxanada vəfat edib.





Son xəbərlər
Son Xəbərlər