“Bura gəlməmişdən Fernandu Santuşdan məlumat aldım”

bura-gelmemisden-fernandu-santusdan-melumat-aldim
Oxunma sayı: 694

Azərbaycan U-20 millisinin baş məşqçisi postuna təyin olunan portuqaliyalı mütəxəssis Rui Jorje ölkəmizə gəlməmişdən öncə həmyerlisi Fernandu Santuşdan məlumat alıb. 

“Qafqazinfo” xəbər verir ki, o, əsas yığmamızın sabiq baş məşqçisindən ancaq xoş sözlər eşitdiyini bildirib.

“Fernandu Santuşla və onun köməkçiləri ilə danışdım. Çox xoş sözlər dedilər. Azərbaycan insanlarının qonaqpərvərliyi haqqında danışdılar. Bura gələndə də eynisini gördüm”, - Rui Jorje əlavə edib.