Növbəti girov qrupu bu tarixdə azad olunacaq

novbeti-girov-qrupu-bu-tarixde-azad-olunacaq
Oxunma sayı: 1829

HƏMAS azad edəcəyi ikinci qrup girovların siyahısını İsrailə təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilib ki, razılığa əsasən, siyahıda qeyd olunan girovlar şənbə günü saat 16:00-dək azad olunmalıdırlar.

Siyahıya 8-i uşaq olmaqla 13 nəfər daxil olub. 

Xatırladaq ki, ötən gün 13 israilli əsir, həmçinin 12 Tailand vətəndaşı Qəzzadan azad edilərək Qırmızı Xaç təşkilatına təhvil verilib.