“Novruz Məmmədov işə düzəlməyə gəlib” - Video

“Novruz Məmmədov işə düzəlməyə gəlib”
Oxunma sayı: 15173

İTV-də yayımlanan "3 D" verilişində Baş Nazir postundan ayrılan Novruz Məmmədovun işsiz qalmasına sətiraltı münasibət bildirilib.

"Qafqazinfo" xəbər verir ki, Dadaş Dadaşlinskinin aparıcılıq etdiyi verilişdə katibə ona zəng edərək bir nəfərin iş üçün gəldiyini bildirib. Aparıcı ondan gələnin kimliyini soruşanda, katibə "Novruz Məmmədov" cavabını verib. Bu zaman aparıcı təəccübünü gizlədə bilməyib və onun üçün təklif edə biləcəkləri işin olmadığını söyləyib.

Əslində isə studiyaya gələn şəxs başqa bir Novruz Məmmədov olub. Buna baxmayaraq, ssenarinin Baş Nazir postundan ayrılan Novruz Məmmədov üzərində qurulduğu izləyicilər üçün qaranlıq qalmayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi