Nuri Şahin Türkiyə klubunun baş məşqçisi oldu

nuri-sahin-turkiye-klubunun-bas-mesqcisi-oldu
Oxunma sayı: 1554

Türkiyənin “Başakşehir” klubu yeni baş məşqçisini ictimaiyyətə təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisini Nuri Şahin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Nuri Şahinin son iş yeri “Borussiya” (Dortmund) olub.