O da “Maşın”dan getdi - Dörd nəfər qaldı

o-da-masindan-getdi
Oxunma sayı: 2518

“Maşın” realiti-şounun daha bir iştirakçısı oyundan gedib. 

“Qafqazinfo”nun məlumatına görə, iştirakçılar bu dəfə rejissor Aqil M.Quliyevi seçiblər. O isə səs toplayacağı təqdirdə rəqqasə Oksana Rəsulovanı çıxaracağını deyib. 

Amma Aqil M.Quliyev cüzi səs fərqi - 49 faiz səslə oyundan özü uzaqlaşıb. 

“Maşın”da mübarizəni isə aktyorlar Elcan Rəsulov, Fərda Amin, İslam Mehrəliyev və rəqqasə Oksana Rəsulova davam etdirir.