O da “Maşın”la bacarmadı - Finaldakı üçlük məlum oldu

o-da-masinla-bacarmadi
Oxunma sayı: 1252

“Maşın” şouda daha bir iştirakçı oyunu tərk edib. 

“Qafqazinfo” xəbər verir ki, bu dəfə səsverməyə aktyor Fərda Amin çıxıb. O, tamaşaçılardan səs toplayacağı təqdirdə həmkarı İslam Mehrəliyevi çıxaracağını deyib. 

Amma Fərda səs toplaya bilməyərək yarışmadan özü uzaqlaşıb. 

Beləliklə, şouda 3 nəfər finala çıxıb. Onlar aktyorlar İslam Mehrəliyev, Elcan Rəsulov və rəqqasə Oksana Rəsulovadır.