Parlamentdə siyasi partiyaların büdcəsinin artırılması məsələsi müzakirə olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov plenar iclasda 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı danışıb.
“İki partiyanı – AXCP və Müsavat Partiyasını, vətən xaini olan bu partiyaları çıxmaq şərti ilə, yerdə qalan partiyalar ümumdövlət maraqları çərçivəsində birlikdə fəaliyyət göstəriblər. O baxımdan, siyasi partiyaların büdcəsinin artırılmasına imkan yaransa, məqsədəmüvafiq olar”, - komitə sədri bildirib.
***
S.Novruzov əlavə edib ki, hər il yerli özünüidarəetmə sistemlərində artımlar olub, dövlət tərəfindən dotasiya verilib. Lakin 2026-cı ildə bu istiqamətdə artımlar nəzərdə tutulmayıb: “Yerli özünüidarəetmə sisteminə artımların əlavə olunmasına ehtiyac var. Müəyyən qədər büdcədə imkan yaranarsa, artım etmək olardı ki, yerli özünüidarəetmə sisteminin fəaliyyəti geniş, əhatəli olsun. Xocavənd rayonu istisna olmaqla, digər rayonlarımız öz gəlirlərini toplayır və topladığı gəlirlərin artığının 50% həmin rayonlarda qalır. Hesab edirəm ki, bunu 70%-ə qaldırmaq olar”.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər