O mesajı yanlışlıqla polisə atdı - 30 ilə kimi həbs gözləyir

o-mesaji-yanlisliqla-polise-atdi
Oxunma sayı: 6837

ABŞ-ın İndiana ştatında hüquq-mühafizə orqanları əməkdaşları narkotik satışı ilə məşğul olan qızı tutub.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı Şelbi Eyksin ələ keçməsinə səbəb isə yanlışlıqla atdığı mesaj olub. Belə ki, gənc qız narkotik satmaq üçün təklif mesajını polis zabitinə yollayıb. Polis gizli əməliyyat həyata keçirib və Eyks 15 qramlıq amfetamini 575 dollara satarkən yaxalanıb.

Gənc qızı 30 ilə qədər həbs cəzası gözləyir.