Vətən müharibəsi iştirakçısı Həmid Hüseynzadə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edərək yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aldığı xəsarət səbəbilə ona əlillik təyin edilsə də, o sağlamlığını bərpa etmək üçün əzm göstərib.
Bu yolda ona Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkimləri də dəstək olublar. Tam reabilitasiya olunan qəhrəmanımız artıq öz işinin başındadır.
Son xəbərlər
Son Xəbərlər