Bu barədə “Qafqazinfo”ya açıqlama verən həmin şüarın müəllifi Samir Piriyev şou-biznesin nömrə biri hesab olunan Röya ilə küsülü olmadığını deyib: “Mən Röya ilə heç küsülü olmamışam. Düzdür, bir çox insanlar elə bilir ki, biz danışmırıq. Röya mənim dostumdur. Mən o sözü Röyaya “atmamışam”.
Demişəm ki, istəsəm çalışaram nömrə bir olaram. Röya öz üzərində çalışır və ona görə nömrə birdir. Bir şeydə deyim ki, Nazpəri xanımın oğlunun toyunda mən Röyanın mahnısı oxuyub onu səhnəyə çağırdım. Ümümiyyətlə bütün məclislərdə müğənni həmkarlarımı səhnəyə dəvət edəndə onların mahnısını oxuyuram. Onda tamaşaçılar bilir ki, kim ifa edəcək?”
Aynur Babayeva
Son xəbərlər
Son Xəbərlər