Obamanın tarixi Kuba səfərində qalmaqal - Kastro qarşılamadı

obamanin-tarixi-kuba-seferinde-qalmaqal
Oxunma sayı: 6791

Barak Obama 88 il sonra Kubaya səfər edən ilk ABŞ prezidenti olaraq tarixə düşə bilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Obama bu səfərə birinci ledi və qızları ilə qatılıb. Paytaxt Havanada prezident ilk olaraq, 50 illik fasilədən sonra diplomatik əlaqələrin qurulması ilə yenidən fəaliyyətə başlayan ABŞ səfirliyinin əməkdaşları ilə görüşüb.

Pis hava şəraiti ilə əlaqədar görüş səfirlik binasında deyil, Havana Oteldə baş tutub. Səfirlik əməkdaşları ilə söhbət zamanı Obama ziyarətini “tarixi an” olaraq qiymətləndirib.

Obamanın Havanada Kuba lideri Raul Kastro tərəfindən qarşılanmaması isə ABŞ mediasında əsas müzakirə mövzusu olub.

Cümhuriyyət Partiyasından prezidentliyə namizəd Donald Tramp isə Kastronun Obamanı ciddiyı almadığını deyib.