Sosial şəbəkələrdə və bəzi media resurslarında paytaxtın Pirallahı rayonunda vətəndaş F.Zeynalovanın azyaşlı övladının onun icazəsi olmadan aparılması ilə bağlı yayılan məlumat polis əməkdaşları tərəfindən araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli “Qafqazinfo”ya bildirib ki, azyaşlının valideyni ərazi üzrə müvafiq polis orqanına dəvət olunub.
Araşdırma zamanı müəyyən edilib ki, azyaşlı ailənin digər üzvü tərəfindən aparılıb, hazırda isə valideyninin himayəsindədir.
Məsələ ilə bağlı əlavə araşdırmalar davam etdirilir.
Qeyd edək ki, uşağın anası F.Zeynalova övladının oğurlanması ilə bağlı daha əvvəl açıqlama vermişdi.
Son xəbərlər
Son Xəbərlər