“İran İslam Respublikası möhkəm siyasi quruluşa, formalaşmış siyasi, iqtisadi və sosial institutlara malikdir”.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ayrı-ayrı şəxslərin olması və ya olmaması struktura təsir etmir.
“Əlbəttə, söhbət nüfuzlu şəxslərdən gedir. Hər kəs öz rolunu oynayır. Lakin vacib olan odur ki, İranda siyasi sistem çox möhkəm bir struktura malikdir. Bizdə Ali Liderdən daha vacib şəxs yoxdur. Hətta o da öldürüldü. Buna baxmayaraq, sistem işləməyə davam edir və dərhal onun əvəzinə başqasını təqdim etdi. Əgər başqa biri öldürülərsə, eyni şey olacaq. Əgər xarici işlər naziri öldürülərsə, nəticədə bu vəzifəni başqa biri tutacaq”, - XİN rəhbəri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Son xəbərlər
Son Xəbərlər