Olimpiya çempionluğu əlindən alınan Nicat Rəhimovdan - Açıqlama

olimpiya-cempionlugu-elinden-alinan-nicat-rehimovdan
Oxunma sayı: 7285

Azərbaycanlı ağır atlet, Qazaxıstan millisinin heyətində Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi Nicat Rəhimov ağır cəzaya məruz qalması ilə bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə İnstaqram hesabında paylaşım edib.

Bildirib ki, qərarla qətiyyən razı deyil:

“Bu vəziyyətdə ən dəhşətlisi odur ki, Olimpiya Oyunlarına vaxtında göndərilən nümunəmlə bağlı heç bir sual olmadan əsas mükafatı - Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarının qızıl medalı əlimdən almaq istəyirlər. Ona görə də bu qərardan apellyasiya şikayəti vermək niyyətindəyəm”, - idmançı bildirib.

Qeyd edək ki, Nicat Rəhimov antidopinq qaydalarını pozduğuna görə 8 il müddətində yarışlardan uzaqlaşdırılıb. Onun olimpiya medalı da əlindən alınıb.

İdman Arbitraj Məhkəməsinin məlumatına görə, Rəhimovun 2016-cı il martın 15-dən 2021-ci il yanvarın 18-dək olan bütün nəticələri ləğv ediləcək. 2021-ci ilin yanvarında Beynəlxalq Test Agentliyi (ITA) idmançını antidopinq qaydalarını pozmaqda ittiham edib.