““Omicron” pandemiyaya son qoya bilər”

omicron-pandemiyaya-son-qoya-biler
Oxunma sayı: 5101

““Omicron” ştamı koronavirusun gedişatını yüngülləşdirə və pandemiyaya son qoya bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu tibb elmləri doktoru, professor, Qamaleya Mərkəzinin baş əməkdaşı virusoloq Anatoli Altşteyn bildirib.

Mütəxəssis hesab edir ki, bu tip virus yeni ildə yayılmayacaq. Çünki bunun üçün ona təxminən altı ay vaxt lazım olacaq.

Onun sözlərinə görə, “omicron”un yoluxuculuğu yalnız müəyyən müddətdən sonra qiymətləndiriləcək, lakin onun genomuna dair məlumatlar bu ştamın törətdiyi xəstəliyin virusun digər ştamlarından daha asan olacağını proqnozlaşdırmağa imkan verir.

“Əgər koronavirusun ölüm nisbəti qriplə müqayisə oluna bilərsə, onda biz artıq pandemiyanın bitdiyini güman edəcəyik. Pandemiyanın “omicron”la sona çatma şansı var”, - deyə virusoloq bildirib.

O, eyni zamanda hadisələrin gələcək inkişafından çox şeyin asılı olacağı barədə xəbərdarlıq edib.

“Ola bilsin ki, virus hazırda qocalara çatmayıb. Gəlsə, görünəcək. Amma indiyə qədər “omicron” nəticələrinə görə dəhşətli virus təəssüratı yaratmır”, - deyə Altşteyn izah edib.