Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib.
"Qafqazinfo" xəbər verir ki, artıq PA-da aparılan struktur dəyişikliyi və yeni təyinatlarla bağlı siyahı açıqlanıb. Yeni siyahıda Fatma Abdullazadə, Vahid Əliyev və Kamal Abdullanın adı yoxdur.
Qeyd edək ki, Vahid Əliyev prezidentinin hərbi məsələlər üzrə köməkçisi idi, onu Fuad Ələsgərov əvəzləyib. Belə ki, F. Ələsgərovun rəhbərlik etdiyi şöbə ilə V. Əliyevin məsul olduğu sahə birləşdirələrək vahid struktur yaradılıb.
Fatma Abdullazadə isə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri idi, hazırda onun postuna təyinat olmayıb.
Vəzifəsini itirənlər arasında Kamal Abdulla da var. O, prezidentin multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri idi.
Son xəbərlər
Son Xəbərlər