Onlardan biri İstanbulun meri ola bilər - Foto

onlardan-biri-istanbulun-meri-ola-biler
Oxunma sayı: 6396

AK Partiyanın İstanbul böyükşəhər bələdiyyə başçısı namizədi Murat Kurum səs verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT haber” məlumat verib:

“Bütün vətəndaşlarımızın səs vermələrini və seçki qutularını qorumalarını istəyirəm. Martın 31-də günəş doğacaq. İnşallah, bu gün bütün İstanbullularla bayramı erkən qeyd edəcəyik”.

Alqışlarla qarşılanan Murat Kurum vətəndaşlarla söhbət edib, xatirə şəkli çəkdirib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin hazırkı başçısı və namizədi Əkrəm İmamoğlu da ailəsi ilə birlikdə səsvermədə iştirak edib.

İmamoğlu əvvəlcə kameralara üz tutub: “Millətimizin dincliyinə, əmin-amanlığına vəsilə olsun. Oğlum Semih ilk səsini verir. Həyəcanlıdır. Kimi seçəcəyi barədə bir az fikirləşdi. Onu xeyli gözlədik”.