“Onların sosial təminatı qanunvericilikdə nəzərdə tutulsun”

onlarin-sosial-teminati-qanunvericilikde-nezerde-tutulsun
Oxunma sayı: 1988

“Daxili qoşunlar digər qoşunlardan fərqli olaraq çox funksiyalıdır. Ölkədə ictimai-siyasi sabitliyin möhkəmlənməsində daxili qoşunların rolu əvəzsiz olub”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Dövlət çevrilişinə cəhdin fundamentini qoyan AXC-Müsavat cütlüyü 5 dəfə, Ümummilli Liderə qarşı 3 dəfə, 2 dəfə də Prezidentin fəaliyyəti dövründə dövlət çevrilişinə və ölkənin konstitusion quruluşunu dəyişməyə cəhd ediblər.

Daxili qoşunlar polislə birlikdə böyük qəhrəmanlıq göstərərək bunun qarşısını alıb. 100-ə qədər daxili qoşunların nümayəndələri xəsarət aldı. Onlar tək dövlət çevrilişinə cəhd deyil, həm də vətəndaşların mülkiyyətinə qəsd törədirdilər. Təklif edirəm ki, onların sosial təminatı qanunvericilikdə nəzərdə tutulsun”, - deyə deputat bildirib.

Nuranə Daxilqızı