Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü

oqtay-gulaliyev-basqa-xestexanaya-kocuruldu
Oxunma sayı: 1940

Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbulda yerləşən Amerikan xəstəxanasına köçürülüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı oğlu Təbriz Gülalıyev yayıb. Onun sözlərinə görə, həkimlər O. Gülalıyevin köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər.

Xatırladaq ki, Oqtay Gülalıyev ötən ayın 29-da, 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobillə vurulub. Vəziyyəti ağırlaşdığından ambulans təyyarəsi ilə Türkiyəyə göndərilib.