Orduda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir - Fotolar

orduda-ictimai-siyasi-hazirliq-mesgeleleri-kecirilir
Oxunma sayı: 1849

Şəxsi heyətin maarifləndirilməsi üzrə tədbirlər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə çöl şəraitində ictimai-siyasi hazırlıq məşğələləri keçirilir.

“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, məşğələlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diplomatik fəaliyyətinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilir, həmçinin hərbi əməliyyatlarda qəhrəman hərbçilərimizin göstərdikləri igidlik və şücaət nümunələrindən bəhs edilir.

Hərbi qulluqçularla keçirilən tərbiyəvi iş və siyasi məlumatlandırma saatlarında, eləcə də asudə vaxtlarda maarifləndirici söhbətlər, fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.