“Oskar” mükafatlandırma mərasimi 2029-cu ildən etibarən televiziyada deyil, yutubda yayımlanacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Kino Sənətləri və Elmləri Akademiyasının açıqlamasında bildirilir.
Qeyd edilib ki, hər il milyonlarla insanın televiziyada izlədiyi “Oskar” mərasimləri ilə bağlı yeni təcrübələr tətbiq ediləcək.
Məlumata görə, 2028-ci ildə keçiriləcək 100-cü mərasim hazırkı yayımçı ABC kanalında göstərildikdən sonra yayım modeli dəyişdiriləcək.
Akademiyanın imzaladığı müqaviləyə əsasən, 2029-2033-cü illərdə “Oskar” mükafatlandırma mərasimləri və əlaqəli bütün məzmunun qlobal hüquqları yalnız yutuba məxsus olacaq.
Daha geniş auditoriyaya çatmaq məqsədilə bu müddət ərzində keçiriləcək mərasimlər ABC əvəzinə yutubda pulsuz izləniləcək.
Müqavilə Akademiyanın 52 milyon film mövzulu əsərdən ibarət nəhəng kolleksiyasının rəqəmsal olaraq əlçatan edilməsini nəzərdə tutur.
Akademiya 2026-cı ilin martında keçiriləcək 98-ci “Oskar” mükafatlandırma mərasimi üçün 12 kateqoriyada qısa siyahıya düşən filmləri də açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər