Ötən ilin rəmzi komandası odur - Siyahı

oten-ilin-remzi-komandasi-odur
Oxunma sayı: 3658

Ötən ilin ən yaxşı oyunçularının rəmzi komandası açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məlumat yayıb.

İFFHS-ə görə sözügedən rəmzi komandanı təqdim edirik:

Qapıçı: Ederson - Braziliya ("Mançester Siti")

Müdafiəçilər: Ruben Dias - Portuqaliya ("Mançester Siti"), Alfonso Deyvis - Kanada, Kim Min Jae - Cənubi Koreya (hər ikisi "Bavariya")

Yarımmüdafiəçilər: Cud Bellinqem - İngiltərə ("Real"), Kevin De Brüyne - Belçika, Rodri - İspaniya (hər ikisi "Mançester Siti"), Lionel Messi - Argentina ("İnter Mayami")

Hücumçular: Erlinq Haaland - Norveç ("Mançester Siti"), Harri Keyn - İngiltərə ("Bavariya"), Kilian Mbappe - Fransa (PSJ)