Oya Aydoğanla vida mərasimi - Fotolar

oya-aydoganla-vida-merasimi-
Oxunma sayı: 2980

Məşhur türkiyəli aktrisa Oya Aydoğanla vida mərasimi keçirilir.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, vida mərasimi Cemla Reşit bey Salonunda baş tutur.

Cənazə mərasiminə kino və şou aləminin tanınmış simaları qatılır.

Aktrisanın nəşi mərasimdən sonra Levent Məscidinə aparılacaq, cənazə namazı qılınacaq və torpağa tapşırılacaq.

Qeyd edək ki, Aydoğan 12 saatlıq əməliyyatdan sonra reanimasiyaya köçürülmüş və 94 saatdan çox orada qalmışdı. Son günlər qan təzyiqi normallaşsa da, beynində çox sayda şiş aşkarlanmışdı.

Bundan sonra, tanınmış aktrisanın şişə görə müalicəsi başlasa da, orqanizmi bu müalicəyə reaksiya verməyib.