“Öz itini gəzdirəndən sonra qonşuya vermək qadağandır” - Video

oz-itini-gezdirenden-sonra-qonsuya-vermek-qadagandir
Oxunma sayı: 5622

“Binalarda yaşayan insanların ev heyvanları var. Xahiş edirik ki, insanlarımız onlara heyvanların küçəyə çıxarılması ilə bağlı yaradılmış imkandan sui-istifadə etməsinlər”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. 

O bildirib ki, karantin günlərində bir nəfərin öz itini gəzdirdikdən sonra başqasına, qonşusuna verməsi qadağandır: "Yoxsa heyvanı bir- iki saat özü çıxarsın, sonra qonşusuna versin. Bu kimi hallar yaşanmamalıdır. Vəziyyətin ciddiliyi nəzərə alınaraq tələb edilən qaydalara əməl etmək lazımdır. Belə hallara ciddi nəzarət olunacaq”. 

Murad Əhməd