Özgür Özəldən zəfər gözyaşları - Video

ozgur-ozelden-zefer-gozyaslari
Oxunma sayı: 6267

“Namizədə, bir-birlərini dəstəkləyən namizədlərə, qalib də olsa da, məğlub da mübarizə aparan bütün namizədlərimizə təşəkkür edirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CHP sədri Özgür Özəl partiyanın qərargahında açıqlama verib.

Namizəd olmaq və təbliğat aparmaq çox vacibdir, deyən Özəl, bu təşkilatın görünməyən qəhrəmanlarına təşəkkürünü ifadə edib. 

Çıxış zamanı səsi titrəyən CHP sədri, sevinc gözyaşlarına hakim ola bilməyib.

“Bu gün seçicilərimiz çox mühüm qərar qəbul etdilər. Bu gün seçicilər Türkiyədə yeni siyasət qurmaq qərarına gəliblər. Onlar, Türkiyənin 22 illik mənzərəsini dəyişmək və ölkəmizdə yeni siyasi ab-havanın qapısını açmaq qərarına gəliblər”.