Özünü öldürən 84 yaşlı qadın Ramiz Rövşənin qohumu imiş

ozunu-olduren-84-yasli-qadin-ramiz-rovsenin-qohumu-imis
Oxunma sayı: 6392

Bir neçə gün öncə sirkə turşusu içərək intihar edən Qubadlı köçkünü, 84 yaşlı Süsən Ağaqulu qızı Kazımova tanınmış şair Ramiz Rövşənin qohumu imiş.

Qafqazinfo” İnterpress-a istinadən xəbər verir ki, Süsən Kazımova Ramiz Rövşənin xalası qızı olub. Şair qadının yas mərasimində də iştirak edib.

Xatırladaq ki, Süsən Kazımovanın 85 yaşlı həyat yoldaşı Xasay Bəşir oğlu Kazımov da arvadının ölümündən sonra intihara cəhd edib. O, elə həmin gün sirkə turşusu içib və xəstəxanaya yerləşdirilib, hazırda komadadır.