Pakistanda iki partlayış oldu - 28 ölü

pakistanda-iki-partlayis-oldu
Oxunma sayı: 1426

Pakistanın Bəlucistan vilayətində 2 partlayış baş verib.

“Qafqazinfo” ölkənin yerli “Geo TV” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 28 nəfər həlak olub, 40-dan çox şəxs isə yaralanıb. 

Məlumata görə, partlayış Pakistan parlamentinin aşağı palatasına keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərin ofislərinin yaxınlığında qeydə alınıb. 

Qeyd edək ki, Pakistanda seçkilər fevralın 8-i təşkil ediləcək.