Parlamentdə Misir Qasımlı ilə bağlı məsələ qaldırıldı

parlamentde-misir-qasimli-ile-bagli-mesele-qaldirildi
Oxunma sayı: 4917

Milli Məclisdə hazırda Ukraynada həbsdə olan Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya dair məsələ qaldırılıb.

“Qafqazinfo” xəbər verir ki, millət vəkili Məlahət İbrahimqızı Azərbaycan – Ukrayna Parlamentlərarası dostluq qrupunun bu məsələyə diqqət yetirməsini istəyib.

Xəbəri rus dilində oxuyun: В парламенте поднят вопрос относительно Мисира Гасымлы

Deputat qeyd edib ki, Misir Qasımlı Azərbaycanın Ali Baş Komandanı tərəfindən bir neçə dəfə medalla təltif olunub: “Misir Qasımlı Ukraynada erməniəsilli ispan tərəfindən şərlənib və bu iş üzrə heç bir sübut təqdim olunmayıb. Çox təssüflər olsun ki, Kiyevdə, Ukraynadakı səfir bu hadisələrə bir az laqeyd yanaşır. Bir neçə dəfə Azərbaycan diasporasından mediayaya məlumat verilib ki, bu məsələ diqqətdədir. Amma bir il yarımdan çoxdur ki, heç bir sübut ortaya qoyulmur, hər dəfə məhkəmə təxirə salınır. Onun vəkili də dəfələrlə bu iş üzrə heç bi sübut olmadığını bildirir. Mən bir daha müraciət edirəm ki, Azərbaycan – Ukrayna Parlamentlərarası dostluq qrupu Ukrayna Ali Radasına müraciət etsin və bu məsələnin tezliklə bitməsi tələbini etsin”.

Eldar Tanrıverdi

Həmçinin oxuyun: “Нилай думает, что её родители не умерли, они придут, когда она вырастет”