Paşinyan Almaniyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri ilə görüşdü

pasinyan-almaniyanin-xarici-kesfiyyat-xidmetinin-rehberi-ile-gorusdu
Oxunma sayı: 1221

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kalla görüşüb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tərəflər görüş zamanı regiondakı məsələlərlə yanaşı bir neçə mövzu ətrafında fikir mübadiləsi aparıblar. 

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanda analoji qurum yaradılıb. Xarici Kəşfiyyat Xidmətinə ölkənin keçmiş Ombudsmanı Kristine Qriqoryan rəhbər təyin edilib.