Paşinyan da Danimarkaya getdi

pasinyan-da-danimarkaya-getdi
Oxunma sayı: 1951

Ermənistanın Baş naziri Nikol Paşinyan Danimarkaya gedib.

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Paşinyanın adminstrasiyası məlumat yayıb.

Bildirilir ki, Paşinyan oktyabrın 2-də Kopenhagendə keçiriləcək “Avropa Siyasi Birliyi”nin 7-ci sammitində iştirak edəcək.

Səfər çərçivəsində Ermənistan hökumət başçısının beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir.