Paşinyan Gürcüstana getdi

pasinyan-gurcustana-getdi
Oxunma sayı: 1095

Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Gürcüstana yollanıb.

“Qafqazinfo” “Armenpressə”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş nazir aparatı məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində bu gün Paşinyanın Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü keçiriləcək. Səfərin ikinci günündə isə o, Tbilisidə keçiriləcək “İpək Yolu”nun 5-ci beynəlxalq konfransında iştirak edəcək.