“Paşinyan İrəvanda küçə döyüşlərinə hazırlaşır”

pasinyan-irevanda-kuce-doyuslerine-hazirlasir
Oxunma sayı: 9100

"Nikol Paşinyan İrəvanda küçə döyüşlərinə hazırlaşır, amma ermənilərə qarşı". 

"Qafqazinfo" xəbər verir ki, bunu  Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov şəxsi feysbuk hesabında yazıb.

Partiya sədri bildirib ki, bu gün Ermənistan parlamenti yerli idarəetmə haqqında qanunu dəyişərək, İrəvanda mer müavinlərinin sayını 3 nəfərdən 4-ə artırdı və həmin o yeni müavin silahlı "xalq könüllülərinin" başında duracaq:

"Qarabağ klanı hakimiyyəti Paşinyanın əlindən almaq fikrində qətiləşdikcə, Paşinyan şəxsi alternativ ordusunu gücləndirir və səlahiyyətləndirir".