Paşinyan sərhəd münaqişəsi ilə bağlı bunları təklif edir

pasinyan-serhed-munaqisesi-ile-bagli-bunlari-teklif-edir
Oxunma sayı: 6842

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə baş verən münaqişənin tənzimlənməsi planını açıqlayıb.

"Qafqazinfo" "RİA Novosti"yə isitnadən xəbər verir ki, Paşinyanın təklif etdiyi plan 3 bənddən ibarətdir:

Hər iki tərəf öz hərbi qüvvələrini sərhəddən geri çəkməli;

Sərhəddə Rusiya və ya Minsk qrupunun həmsədri olan hər hansı bir ölkəni (ABŞ və ya Fransanı) təmsil edən beynəlxalq müşahidəçilər yerləşdirilməli;

Beynəlxalq vasitəçilərin iştirakı ilə sərhədlər dəqiqləşdirilməlidir.