Paşinyan yenidən hakim partiyanın iclasını keçirdi

pasinyan-yeniden-hakim-partiyanin-iclasini-kecirdi
Oxunma sayı: 1158

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının rəhbərliyi ilə növbəti görüş keçirib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı partiyanın Mətbuat xidməti yayıb.

İclas zamanı bir sıra siyasi məsələlərin müzakirə edildiyi bildirilib.

Ermənistan mediası Paşinyanın son zamanlar partiya yoldaşları ilə tez-tez görüşlər keçirdiyinə diqqət çəkib. Sonuncu belə görüş dekabrın 9-u baş tutub.