Paşinyanın impiçmenti tələb edilir - Video

pasinyanin-impicmenti-teleb-edilir
Oxunma sayı: 4399

Ermənistan Parlamentinin binası qarşısında Baş nazir Nikol Paşinyana qarşı impiçment prosedurunun başlanması tələbi ilə mitinq keçirilir.

"Qafqazinfo" xəbər verir ki, aksiyada 44 günlük müharibədə həlak olan əsgərlərin yaxınları, bir sıra müxalifət qüvvələrinin nümayəndələri iştirak edirlər.

Nümayişçilər sentyabrın 14-ü səhər saat 8-dən parlament binasının bütün girişlərini bağlamaq niyyətindədirlər. Onların bəziləri də Parlament  binasının yaxınlığında gecələmək qərarına gəliblər.

Sabah Ermənistan parlamenti növbəti sessiyası çərçivəsində işini davam etdirəcək, hökumət saatı da nəzərdə tutulub.