İran Prezidenti Məsud Pezeşkian yenidən ölkə paytaxtının Tehran şəhərindən köçürülməsinin zəruriliyi barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
M.Pezeşkian bu qərarı şəhərdə əhalinin həddən artıq çox olması və su çatışmazlığı ilə əsaslandırıb.
İran lideri vurğulayıb ki, əgər şəhərin əhalisi artmağa davam edərsə, su ehtiyatları onun bütün sakinlərini təmin etmək üçün kifayət etməyəcək: “Bizim başqa seçimimiz yoxdur. Bu zərurətdir”.
O bu problemin təkcə Tehrana deyil, İranın bəzi digər bölgələrinə də təsir etdiyini qeyd edib.
Xatırladaq ki, M.Pezeşkian daha əvvəl də paytaxtın Tehrandan Fars körfəzinə köçürülməsi ilə bağlı təkliflə çıxış etmişdi. Noyabrın əvvəli isə o, yağış yağmayacağı təqdirdə, Tehranın ciddi su qıtlığı ilə üzləşə və təxliyə edilə biləcəyini söyləmişdi.
Son xəbərlər
Son Xəbərlər