Peskovdan Ərdoğan-Putin görüşü barədə açıqlama

peskovdan-erdogan-putin-gorusu-barede-aciqlama
Oxunma sayı: 2549

“Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan görüşün tarixi ilə bağlı fevralın sonu da daxil olmaqla müxtəlif variantları müzakirə ediblər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Lakin onun sözlərinə görə, iki liderin görüşü barədə hələ dəqiq tarix yoxdur: “Hər iki tərəf bu görüşün epidemioloji vəziyyət və Prezidentlərin qrafiki imkan verən kimi baş tutmasında maraqlıdırlar. Hələ dəqiq tarix yoxdur. Ümid edirik ki, bu, mümkün qədər tez baş verəcək”.