Pikassonun 600 minlik əsəri oğurlandı - Foto

pikassonun-600-minlik-eseri-ogurlandi
Oxunma sayı: 1802

İspaniya polisi dünya şöhrətli rəssam Pablo Pikassonun əsərlərindən birinin Madriddən Qrenadaya daşınarkən itməsi ilə bağlı araşdırma aparır.

“Qafqazinfo”nun məlumatına görə, “Gitaralı natürmort” adlı tablo Qrenadada sərgilənmək üçün yola salınıb, lakin təyinat nöqtəsinə çatmayıb.

600 min avrodan artıq dəyəri olan əsərin oğurlandığı ehtimal edilir.

Hadisənin detalları açıqlanmasa da, məsələ hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılır.

Qeyd edək ki, bu, Pikassonun əsərləri ilə bağlı ilk oğurluq hadisəsi deyil. 1976-cı ildə Fransada rəssamın 100-dən çox tablosu oğurlanmış, lakin sonradan əksəriyyəti tapılmışdı.