Pirşağıda 1 nəfər dənizdə batdı

pirsagida-1-nefer-denizde-batdi
Oxunma sayı: 1852

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1 nəfər dənizdə batıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Bununla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.