Polis müsavatçını niyə tutub? - - Açıqlama

polis-musavatcini-niye-tutub-
Oxunma sayı: 1585


Nazirliyin mətbuat xidmətinin şöbə rəisi  Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ötən gün icra başçısı rayonun Şirvanlı kəndində əhali ilə görüş keçirib. Bu görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərliyi də qatılıb. O. Mansurzadənin sözlərinə görə, E. Adıgözəlov həmin görüşü pozmaq üçün təxribatçı hərəkətlər edib: “Polis əməkdaşları onu intizama dəvət edib. Lakin Eldəniz Adıgözəlov polisin qanuni tələblərinə qəsdən tabe olmayıb. Buna görə də o polis şöbəsinə aparılıb və barəsində  İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib olunub”.
O. Mansurzadə bildirib ki, E. Adıgözəliov məhkəməyə aparılıb və məhkəmə ona xəbərdarlıq edərək sərbəst buraxıb: “Ona heç bir fiziki təzyiq olmayıb. Bu barədə yayılan məlumatların əsası yoxdur. Sadəcə gündəmdə qalmaq üçün bu tipli dezinformasiyalar yayırlar”.