Poroşenko bu kostyuma görə tənqid olundu - Fotolar

porosenko-bu-kostyuma-gore-tenqid-olundu
Oxunma sayı: 7236

Ukrayna prezidenti Petro Poroşenko aprelin 1-də Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində ABŞ prezidenti Barak Obama ilə görüşüb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Poroşenkonun Obama ilə görüşdə geyindiyi qırışıq kostyum sosial şəbəkələrdə gülüşə səbəb olub.

Hər iki liderin “Twitter” və “Facebook”da yerləşdirilmiş fotolarına “Kostum qırışıqdır, ayaqqabılar çirkli”, “Kostyum bahalı parçadan tikilib, ayaqqabı isə alçaq dabanlıdır. Poroşenkonun boyu da Allaha şükür ki, yerindədir” kimi şərhlər yazılıb.