Ukrayna prezidenti Petro Poroşenko ölkə təmsilçisi Camalanı “Eurovision-2016”da qalib gəlməsi münasibətilə təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, prezident sosial şəbəkədəki şəxsi hesabında Camalaya bu sözləri ünvanlayıb:
“Belə!!! Möhtəşəm çıxış və qələbə! Camala, bütün Ukrayna sənə ürəkdən minnətdarlığını bildirir!”
Qeyd edək ki, müsabiqədə Avstraliya 3-cü, Rusiya 2-ci, Azərbaycan isə 17-ci yeri tutub.

Son xəbərlər
Son Xəbərlər