Prezident Azərbaycan-İran sərhədini “Dostluq sərhədi” adlandırdı - Video

prezident-azerbaycan-iran-serhedini-dostluq-serhedi-adlandirdi
Oxunma sayı: 7199

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

"Qafqazinfo" xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram hesabında sözügedən səfərdən video paylaşıb. Görüntüdə dövlət başçısı maşını özü idarə edir və əli ilə Araz çayıyla Azərbaycan-İran sərhədini göstərir.

Prezident sərhədi göstərərkən "Dostluq sərhədi" ifadəsini işlədir.