Prezident Ərəb-İslam sammitinə dəvət edildi - Tramp da iştirak edəcək

prezident-ereb-islam-sammitine-devet-edildi
Oxunma sayı: 825

Azərbaycan Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçiriləcək Ərəb-İslam sammitinə dəvət olunub.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, sammit mayın 21-də Ər-Riyad şəhərində baş tutacaq.
 
Körfəz Əməkdaşlıq Şurasına üzv altı ölkə ilə yanaşı Türkiyə və Azərbaycan daxil olmaqla, 18 müsəlman ölkəsinin liderləri sammitə dəvət olunub. İran sammitə dəvət edilməyib.