Prezident hasarın sökülməsini əmr etdi

prezident-hasarin-sokulmesini-emr-etdi
Oxunma sayı: 773

Prezident İlham Əliyev Qurban bayramı günlərində Beyləqan, Saatlı və İmişli rayonlarına səfər edib. Ölkə başçısı rayonlara səfəri zamanı bir neçə müəssisənin açılışında iştirak edib. Prezidentin səfəri zamanı “İpək Yolu”nun Lökbatan dairəsindən həmin rayonlara gedən istiqamətdə 120-180 kilometrlik yolda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Magistral yolda geniş təhlükəsizlik tədbirləri həyata keçirilib.

Amma, ən maraqlısı prezidentin səfərdən qayıtması zamanı baş verib. Qobustan qəsəbəsinin ərazisindən keçərkən ölkə başçısının yol kənarında tikilən hasarlarla bağlı göstəriş verdiyi deyilir. Məlumata görə, prezident yol kənarındakı mağaza və marketlərin önünü kəsən daş hasarların sökülməsi ilə bağlı tapşırıq verib.

Bu xəbəri Qobustan qəsəbəsi sakinləri də təsdiqlədilər. Yol kənarındakı mağaza sahiblərindən qəzetimizə verilən məlumata görə, problemlə bağlı bir müddət öncə ölkə başçısına müraciət ünvanlanıb. Onların sözlərinə görə, prezidentin göstərişinə əsasən yalnız ticarət obyektlərinin qarışısını kəsən hasarlar söküləcək. /musavat.com/