Prezident icra baçısına “Vətənə xidmətə görə” ordeni verdi

prezident-icra-bacisina-vetene-xidmete-gore-ordeni-verdi
Oxunma sayı: 8935

Prezident Mübariz Əhmədzadə ilə bağlı sərəncam verib.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Mübariz Cuma oğlu Əhmədzadə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Mübariz Cuma oğlu Əhmədzadə 15 yanvar 1947-ci ildə Qaxda doğulub və bir müddət sözügedən rayonun icra başçısı da işləyib. Hazırda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısıdır.